Job Openings Senior IBM ESB Developer

About the job Senior IBM ESB Developer

Position Purpose:

To design, develop, maintain, and support the integration layer of the Company's digital investment ecosystem, ensuring secure, reliable, and high-performance data exchange between the core operations platform, digital investment channels, and external systems. This role contributes to stability, scalability, and continuous improvement of integration services while ensuring uninterrupted business operations through the timely resolution of integration-related issues.

Key Responsibilities:

  • Integration Development: Design, develop, and maintain integration solutions and message flows on the enterprise service bus, connecting the core platform with internal systems and external partners.
  • APIs: Build and support APIs, web services (REST/SOAP), data mapping, transformation (XML/JSON), routing, and error-handling logic.
  • Database Integration: Write and optimize SQL queries, stored procedures, and data-exchange routines that support integration flows between systems.
  • Custom Component Development: Develop custom adapters, utilities, and integration components in Java where standard tooling is not sufficient.
  • Monitoring & Troubleshooting: Monitor integration flows in production, analyze and resolve incidents, and continuously optimize the performance and reliability of live interfaces.
  • Cross-Functional Collaboration: Work closely with business analysts, QA engineers, infrastructure teams, and external vendors to deliver end-to-end integration solutions.
  • Documentation: Prepare and maintain technical specifications, interface contracts, and integration architecture documentation.

Requirements:

  • Education: Bachelor's degree in Computer Science, Information Technology, or a related field.
  • ESQL: Knowledge of the ESQL programming language, including writing and optimizing queries.
  • IBM ESB: Hands-on experience with IBM ESB (IBM Integration Bus / App Connect Enterprise).
  • Java: Solid knowledge of the Java programming language.
  • Integration Skills: Proven ability to work with system integrations (APIs, web services, message queues, and data exchange between systems).
  • Analytical Skills: Strong analytical thinking and structured problem-solving ability.
  • Languages: Fluency in Azerbaijani and English is required.

----------------------------------------------------------------------------------------------------------

IBM ESB üzrə Baş Proqramçı

Vəzifənin məqsədi:

Şirkətin rəqəmsal investisiya ekosisteminin inteqrasiya qatının layihələndirilməsi, inkişaf etdirilməsi, idarə olunması, dəstəklənməsi və fasiləsiz fəaliyyətinin təmin edilməsi. Əsas məqsəd əsas əməliyyat platforması, rəqəmsal investisiya kanalları və xarici sistemlər arasında məlumat mübadiləsinin təhlükəsiz, etibarlı, yüksək məhsuldarlıqla və dayanıqlı şəkildə həyata keçirilməsini təmin etmək.Bu funksiya inteqrasiya xidmətlərinin sabitliyinin, miqyaslana bilmə qabiliyyətinin (scalability) və davamlı təkmilləşdirilməsinin təmin edilməsinə, həmçinin inteqrasiya ilə bağlı yaranan insident və problemlərin operativ şəkildə aradan qaldırılması yolu ilə biznes proseslərinin fasiləsiz icrasına xidmət edir.

Vəzifə öhdəlikləri:

  • İnteqrasiya həllərinin hazırlanması: Müəssisə Xidmət Şini (Enterprise Service Bus – ESB) üzərində inteqrasiya həllərinin və mesaj axınlarının (Message Flow) layihələndirilməsi, hazırlanması, inkişaf etdirilməsi və dəstəklənməsi; əsas əməliyyat platformasının daxili sistemlər və xarici tərəfdaş sistemləri ilə etibarlı inteqrasiyasının təmin edilməsi.
  • API və veb-servislərin hazırlanması: REST və SOAP əsaslı API və veb-servislərin hazırlanması, dəstəklənməsi və optimallaşdırılması; XML və JSON formatlarında məlumatların xəritələndirilməsi (Data Mapping), transformasiyası, marşrutlaşdırılması (Routing) və xəta emalı (Error Handling) mexanizmlərinin qurulması və idarə edilməsi.
  • Verilənlər bazası inteqrasiyası: Sistemlərarası məlumat mübadiləsini dəstəkləyən SQL sorğularının, Stored Procedure-ların və məlumat mübadiləsi mexanizmlərinin hazırlanması, optimallaşdırılması və istismarının təmin edilməsi.
  • Xüsusi inteqrasiya komponentlərinin hazırlanması: Standart platforma imkanlarının kifayət etmədiyi hallarda Java proqramlaşdırma dili vasitəsilə xüsusi adapterlərin, utilitlərin və inteqrasiya komponentlərinin hazırlanması, inkişaf etdirilməsi və texniki dəstəyi.
  • Monitorinq və problemlərin aradan qaldırılması: İstehsalat (Production) mühitində inteqrasiya proseslərinin fasiləsiz monitorinqinin aparılması, insidentlərin və texniki nasazlıqların təhlili, operativ həlli, həmçinin inteqrasiya xidmətlərinin məhsuldarlığının, etibarlılığının və dayanıqlığının davamlı olaraq optimallaşdırılması.
  • Funksiyalararası əməkdaşlıq: Biznes analitikləri, proqram təminatının keyfiyyətinin təminatı (QA) üzrə mütəxəssislər, infrastruktur komandaları və xarici tərəfdaşlarla sıx əməkdaşlıq edərək biznes tələblərinə uyğun tam inteqrasiya həllərinin hazırlanması və tətbiqinin təmin edilməsi.
  • Texniki sənədləşmə: İnteqrasiya həlləri üzrə texniki spesifikasiyaların, interfeys müqavilələrinin (Interface Contract), inteqrasiya arxitekturasının, məlumat axınlarının və digər texniki sənədlərin hazırlanması, aktuallığının qorunması və mütəmadi yenilənməsinin təmin edilməsi. 

Tələblər:

  • Təhsil: Kompüter elmləri, İnformasiya Texnologiyaları və ya digər uyğun ixtisas üzrə ali təhsil;
  • ESQL: ESQL proqramlaşdırma dili üzrə biliklər, sorğuların hazırlanması və optimallaşdırılması bacarığı;
  • IBM ESB: IBM ESB (IBM Integration Bus / App Connect Enterprise) platforması ilə praktiki iş təcrübəsi;
  • Java: Java proqramlaşdırma dili üzrə yaxşı biliklər;
  • İnteqrasiya üzrə biliklər: API-lər, veb xidmətləri, mesaj növbələri (message queues) və sistemlərarası məlumat mübadiləsi üzrə praktiki təcrübə;
  • Digər bacarıqlar: Analitik düşünmə və problemlərin sistemli şəkildə həlli bacarığı;
  • Dil bilikləri: Azərbaycan və İngilis dillərini sərbəst bilmək.