About the job Risk Management Division / Credit Risk Management / Senior Specialist
"PASHA Capital", the country's leading investment company, is committed to providing the best customer experience by enabling extensive access to both local and international financial markets for its partners.
A Senior Credit Risk Management Specialist is tasked with leading and implementing comprehensive risk management strategies, policies, and practices to identify, assess, and mitigate potential risks, ensuring the organization's overall resilience and compliance with regulatory requirements.
Responsibilities:
- Making proposals for the selection and application of methods and models for identifying, assessing and managing potential risks on the way to strategic goals, as well as participating in decision-making;
- Proposing credit risk treatment methods and participate in action plans;
- Preparation of necessary reports of credit risk management and collection of information on key risk indicators and analysis;
- Identifying potential risks and making suggestions for new products and services;
- Making proposals to estimate credit risk limits and monitoring accepted limits;
- Participate in developing and updating credit risk models;
- Reporting other issues to the management.
Requirements:
- Education: Economic or financial education;
- Experience: Minimum required work experience 4 years, 2 year for risk management function;
- Product-specific knowledge: Capital markets knowledge; Credit and counterparty risk management knowledge;
- Computer skills: Microsoft Office (Word, Excel, Power Point, Outlook), Statistical programs;
- Ability to work fluently in Azerbaijani, Russian and English: including professional business communication, documentation and correspondence;
- Other requirements: Technical-analytical knowledge;
- Knowledge of legislation, documentation: Prudential requirements and rules in financial institutions;
- License/Certificate: Preference will be given to candidates who have obtained CFA or FRM certification results;
- R, Power BI knowledge is desirable.
----------------------------------------------------------------------------------------------------------------------------
Risklərin İdarə edilməsi şöbəsi / Kredit Risklərinin İdarə Edilməsi / Baş Mütəxəssis
PAŞA Kapital yerli və beynəlxalq maliyyə bazarlarına geniş çıxış imkanları yaratmaqla tərəfdaşlarına ən yaxşı müştəri təcrübəsi təqdim edən ölkənin lider investisiya şirkətidir.
Kredit Risklərin İdarə edilməsi üzrə Baş mütəxəssis təşkilatın ümumi dayanıqlığını təmin etmək və tənzimləyici tələblərə riayət etməklə potensial riskləri müəyyənləşdirmək, qiymətləndirmək və azaldmaq üçün geniş risk idarəetmə strategiyalarını, siyasətlərini və təcrübələrini rəhbərlik etmək və tətbiq etmək vəzifəsini daşıyır.
Vəzifə öhdəlikləri:
- Strateji hədəflərə gedən yolda yarana biləcək kredit risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verilməsi;
- Kredit risklərinin rəftarı ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak;
- Kredit risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
- Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Kredit risk limitlərinin hesablanmasına dair təkliflərin verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Kredit risk modellərin yaradılması və yenilənməsini həyata keçirməsi;
- Şöbədən irəli gələn digər məsələləri rəhbərliyə təqdim olunması;
Tələblər:
- Təhsil: Ali iqtisadi və ya Maliyyə təhsili;
- Təcrübə: Zəruri minimum iş təcrübəsi 4 il, kredit risklərin idarə edilməsi funksiyası üzrə 2 il;
- Məhsul üzrə biliklər: Kapital bazarı haqqında məlumat; Kredit və kontragent risk menecmenti haqqında biliklər;
- Kompüter biliyi: Microsoft Office (Word, Excel, Power Point, Outlook), Statistik proqramlar;
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
- Digər tələblər: Texniki analitik biliklər;
- Qanunvericilik, sənədləşmə biliyi: Maliyyə qurumlarında prudensial tələblər və qaydalar;
- Lisenziya / Sertifikat: CFA və ya FRM sertifikasiyası üzrə nəticələr əldə etmiş namizədlərə üstünlük veriləcəkdir;
- R, Power BI bilikləri arzuolunandır.