Job Openings
Business Analytics Manager / Senior Specialist
About the job Business Analytics Manager / Senior Specialist
Job Purpose:
To analyze and document business requirements, support data-driven decision-making through analytical reporting, improve business processes, and ensure the implementation of business analytics solutions.
Key Responsibilities:
- Collect, analyze, and prioritize analytical requirements across the Company's business areas;
- Analyze data related to customer portfolios, investment products, transaction volumes, commission income, sales, and other key business indicators;
- Define, monitor, and analyze the performance and dynamics of KPIs across business areas;
- Identify trends in customer behavior, product usage, and sales performance and derive relevant business insights;
- Prepare periodic and ad-hoc analytical reports, dashboards, and decision-support materials for management and business units;
- Extract, process, visualize, and automate reporting using SQL and BI tools;
- Reconcile business and financial data obtained from various sources, identify data discrepancies, and coordinate their resolution;
- Analyze business processes and data flows and develop data-driven recommendations to improve efficiency and optimize processes;
- Participate in preparing analytical data and relevant metrics for the assessment of new products, services, and business initiatives;
- Provide analytical support to Strategy and PMO functions on business plan execution, KPIs, and other management indicators;
- Ensure the continuity and proper functioning of existing BI solutions and reporting infrastructure.
Requirements:
- Bachelor's degree in Economics, Finance, Business Administration, Information Systems, Applied Mathematics, Statistics, or a related field, a master's degree or professional certifications (e.g., CBAP, CFA, or BI/Data Analytics certifications) are considered an advantage;
- Minimum 2–4 years of experience in business analytics, data analytics, reporting, or consulting, experience in financial services or capital markets is considered an advantage;
- Proficiency in business requirements documentation methodologies (e.g., BRD, User Stories, Use Cases, Process Mapping), strong SQL skills for independent data extraction and manipulation (mandatory), advanced Microsoft Excel skills (PivotTables, complex formulas, and data modeling), experience in developing interactive dashboards using Power BI and/or Tableau, knowledge of business process modeling (BPMN or similar notation), experience with Python or R for data analytics is considered an advantage;
- Strong analytical thinking and problem-solving skills; ability to communicate effectively with both business and technical stakeholders; strong prioritization and organizational skills; results-oriented mindset; and the ability to collaborate effectively within cross-functional teams.
----------------------------------------------------------------------------------------------------------
Biznes Analitika üzrə Məsul Şəxs / Baş Mütəxəssis
Vəzifənin məqsədi:
Biznes tələblərinin təhlili və sənədləşdirilməsi, analitik hesabatlılıq və məlumat əsaslı qərarvermənin dəstəklənməsi, biznes proseslərinin təkmilləşdirilməsi və analitik həllərin tətbiqinin təmin edilməsi.
Vəzifə öhdəlikləri:
- Şirkətin biznes istiqamətləri üzrə analitik tələbləri toplamaq, təhlil etmək və prioritetləşdirmək;
- Müştəri portfeli, investisiya məhsulları, əməliyyat həcmləri, komissiya gəlirləri, satış və digər biznes göstəriciləri üzrə məlumatların təhlilini aparmaq;
- Biznes istiqamətləri üzrə KPI-ların müəyyənləşdirilməsi, monitorinqi və dinamikasının təhlilini həyata keçirmək;
- Müştəri davranışı, məhsul istifadəsi və satış göstəriciləri üzrə tendensiyaları müəyyənləşdirmək və biznes üçün relevant nəticələr formalaşdırmaq;
- Rəhbərlik və biznes bölmələri üçün dövri və ad-hoc analitik hesabatlar, dashboard-lar və qərar dəstək materialları hazırlamaq;
- SQL və BI alətlərindən istifadə etməklə məlumatların çıxarılması, emalı, vizuallaşdırılması və hesabatların avtomatlaşdırılmasını təmin etmək;
- Müxtəlif mənbələrdən əldə edilən biznes və maliyyə məlumatlarının üzləşdirilməsini aparmaq, məlumat uyğunsuzluqlarını müəyyənləşdirmək və aradan qaldırılmasını koordinasiya etmək;
- Biznes proseslərini və məlumat axınlarını təhlil etmək, səmərəliliyin artırılması və proseslərin optimallaşdırılması üzrə data əsaslı təkliflər hazırlamaq;
- Yeni məhsul, xidmət və ya biznes təşəbbüslərinin qiymətləndirilməsi zamanı analitik məlumatların və müvafiq göstəricilərin hazırlanmasında iştirak etmək;
- Strategiya və PMO istiqamətlərinə biznes planlarının icrası, KPI-lar və digər idarəetmə göstəriciləri üzrə analitik dəstək göstərmək;
- Mövcud BI həllərinin və hesabat infrastrukturunun davamlılığını və düzgün işləməsini təmin etmək.
Tələblər:
- İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, İnformasiya sistemləri, Tətbiqi Riyaziyyat/Statistika və ya əlaqəli sahələr üzrə ali təhsil. Magistr dərəcəsi və ya peşəkar sertifikatlar (CBAP, CFA, BI/analitika üzrə sertifikatlar) üstünlük hesab edilir;
- Biznes analitika, data analitika, hesabatlılıq və ya konsaltinq sahəsində minimum 2-4 il iş təcrübəsi. Maliyyə xidmətləri və ya kapital bazarları sahəsində təcrübə üstünlük hesab edilir;
- Biznes tələblərin sənədləşdirilməsi metodologiyaları (BRD, user story, use case, prosess xəritələri), SQL - verilənlər bazasından məlumatın müstəqil çıxarılması və emalı (məcburi), Microsoft Excel (pivot cədvəllər, mürəkkəb funksiyalar, modelləşdirmə), Power BI və/və ya Tableau ilə interaktiv dashboard hazırlanması, Biznes proseslərinin modelləşdirilməsi (BPMN və ya oxşar notasiya) üzrə texniki bacarıqlar, Python və ya R ilə data analitikası üzrə bacarıqlar üstünlük sayılır;
- Digər tələblər: Güclü analitik düşüncə və problem həll etmə, biznes və texniki tərəflər arasında effektiv kommunikasiya, prioritetləri düzgün müəyyənləşdirmək, nəticəyönümlülük və komanda ilə effektiv əməkdaşlıq bacarığı.